Efirdə müğənniyə həyat yoldaşının başqa qadınla görüntüsü göstərildi - Audiovizual Şuradan AÇIQLAMA

ATV telekanalında yayımlanan "Rəngarəng" proqramında qalmaqallı anlar yaşanıb. Aparıcı Zaur Nəbioğlunun təqdimatında yayımlanan verilişin qonağı müğənni Ofeliya Şabanova olub.
Canlı yayım zamanı aparıcı ona həyat yoldaşının başqa bir qadınla görüntüsünü təqdim edib. Gözlənilməz hadisə ifaçının emosional gərginlik yaşamasına səbəb olub. O, studiyanı tərk etmək məcburiyyətində qalıb.
Sözügedən hadisə sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bir çox izləyici verilişdə şəxsi həyata müdaxilə olunduğunu bildirib və aparıcının bu addımını tənqid edib.
Məsələ ilə bağlı Audiovizual Şuradan bildirilib ki, faktla bağlı Monitorinq şöbəsi tərəfindən araşdırma aparılıb və qanun pozuntusuna rast gəlinməyib.
"Şou xarakterli proqramlarda elə hallar olur ki, cəmiyyətdə birmənalı qarşılanmır. Amma Audiovizual Şura yayım zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət edir və qanun pozuntusu olmadığı halda prosesə müdaxilə yolverilməzdir", - deyə qurumun açıqlamasında qeyd olunub.(oxu.az)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












