Əhalinin NƏZƏRİNƏ! - Oktyabrın 6-dan başlayır, 10-dək...

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək.
Bu barədə Avtosfer.az-a BDU-nun Astrofizika kafedrasından məlumat verilib.
Məlumata görə, meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir.
Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır.
Komet Günəşə yaxınlaşdıqca onun nüvəsindən ayrılan toz və bərk hissəciklər orbit boyunca yayılır. Yer hər il oktyabr ayında bu hissəciklər selindən keçdikdə onların bir hissəsi atmosferə daxil olur və Drakonid meteorlarını yaradır. Drakonidlər Yer atmosferinə təxminən 20 km/s sürətlə daxil olur.
Buna görə də onlar bir çox digər meteor yağışlarının meteorları ilə müqayisədə səmada daha yavaş hərəkət edirlər.
Drakonid meteor yağışı əsasən Şimal yarımkürəsindən yaxşı müşahidə olunur. Azərbaycan da müşahidə üçün əlverişli coğrafi mövqedə yerləşir. Drakonidlərin digər meteor yağışlarından mühüm fərqlərindən biri onların axşam və gecənin ilk yarısında müşahidə üçün əlverişli olmasıdır.
2026-cı ildə Drakonid meteor yağışının maksimumunun Bakı vaxtı ilə təxminən saat 23:00-a təsadüf etməsi Azərbaycan müşahidəçiləri üçün əlverişlidir.
Bundan əlavə, maksimum Yeni Ay fazasına düşdüyündən Ay işığı da olmayacaq. Meteor yağışını müşahidə etmək üçün teleskop və ya binokla ehtiyac yoxdur. Şəhər işıqlarından uzaq, açıq və qaranlıq ərazi seçmək və mümkün qədər geniş səma sahəsini adi gözlə izləmək daha məqsədəuyğundur.
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi












