“Əhalinin tibbi xidmətlərə əlçatanlığı fantastik şəkildə artırılıb” - Teymur Musayev

“İcbari tibbi sığortanın tətbiqi səhiyyədə əsaslı dönüşü təmin edib. Səhiyyə sistemində yeni maliyyələşdirmə mexanizminin tətbiqi nəticəsində əhalinin bir sıra tibbi xidmətlərə əlçatanlığı fantastik şəkildə artırılıb”.
Avtosfer.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə bildirib.
“3315 tibbi xidmət xidmətlər zərfinə daxil edilib. Cərrahi əməliyyatların sayı 89 faiz artıb. Bu onu göstərir ki, əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərə biləcək tibbi infrastruktur mövcuddur. Son illərdə tətbiq olunmuş icbari tibbi sığortanın uğuru bizi ilkin tibbi sanitariya yardımını yenidən qiymətləndirərək lazım olan tədbirlər görməyə vadar edir. İlkin tibbi sanitariya yardımı dünyada istənilən səhiyyəyə ayrılmış xərclərə nəzarət edən, həmin xərclərin optimal şəkildə istifadəsini təmin edən sütunlardan biridir”, - nazir əlavə edib.
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu












