Əhməd Məmmədli barəsində həbs qərarı verildi

Bakıda baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədli həbs olunub.
Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Məhkəmə Əhməd Məmmədlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, Əhməd Məmmədlinin Biləcəridə baş verən insidentlə bağlı saxlanıldığı bildirilir.
Məlumata görə, mayın 6-da1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












