Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi yekunlaşır - FOTO - VİDEO

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılaraq yekunlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, I texniki dərəcəyə malik yolun ilk 48 km-i 6, qalan 33.7 km-i isə 4 hərəkət zolaqdan ibarət olmaqla inşa olunub
Layihə çərçivəsində qazma və dolğu işləri, yol yatağı və yol əsasının inşası, asfalt-beton örtüyünün aşınma layına qədər döşənməsi işləri icra olunaraq yekunlaşdırılıb.
Yol boyu müxtəlif diametrli 191 dairəvi və düzbucaqlı suötürücü boru, 76 yeraltı və ehtiyat keçid, 1 qovşaq, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilib.
Hazırda layihə boyu son tamamlanma işləri görülür, asfalt-beton örtüyünün aşınma layının döşənməsi işləri icra olunur. Bundan başqa yol boyu dəmir-beton baryerlərin, əyrixətli metal sədd çəpərlərinin, işıqlandırma qurğularının və yol avadanlıqlarının quraşdırılması, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi, istirahət və parkinq yerlərinin tikintisi davam etdirilir.
Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə və beynəlxalq magistral normalarına uyğun həyata keçirilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika səfərbər olunub.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını M6-Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı




























































