Elarizin kürəkəninin 12 il həbsi tələb edildi

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bugünkü prosesdə ittiham tərəfi yekun çıxış edib. Prokuror təqsirləndirilən şəxsə verilmiş ittihamın məhkəmədə də sübuta yetirildiyini düşündüyünü deyib.
Bu əsasla Nizami Alışanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Müdafiə tərəfi isə ittihamla razı deyil. Vəkilə müdafiə çıxışına hazırlanması üçün vaxt verilib.
Növbəti iclasda məhkəmə araşdırmasının yekunlaşacağı gözlənilir.
Qeyd edək ki, Nizami Alışan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Şikayətçilər isə Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə və başqa iş adamı Yadigar İsrafilovdur. Nizami Alışan isə AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elarizin kürəkənidir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












