Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb.
Avtosfer.az xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafında təmizlik və abadlıq işləri apararaq görülən işləri sosial şəbəkədə paylaşıblar.
Paylaşımda bildirilib ki, məqsəd kimisə ittiham etmək deyil, sənətkarın xatirəsinə hörmət əlaməti olaraq vəfa borcunu yerinə yetirməkdir.
"Bir zamanlar səsi ilə insanların qəlbinə toxunan sənətkarın məzarını bu vəziyyətdə görmək bizi çox kədərləndirdi. Heç kimi qınamaq üçün gəlməmişdik. Sadəcə, əlimizdən gəldiyi qədər məzarı təmizlədik, ətrafını abadlaşdırdıq və xatirəsinə ehtiramımızı ifadə etdik. İnsan dünyasını dəyişə bilər, amma onun xatirəsi yaşamalıdır. Ümid edirik ki, bu görüntülər hər kəsə yaxınlarını sağlığında daha çox qiymətləndirməyi, dünyasını dəyişənlərin isə məzarını ziyarət edib xatirələrini yaşatmağın vacibliyini xatırladar", - paylaşımda qeyd olunub.
Yayılan görüntülər qısa müddətdə çoxsaylı baxış toplayıb. İstifadəçilər mərhum sənətkarın xatirəsinə göstərilən ehtiramı təqdir edərək, bu cür təşəbbüslərin örnək olduğunu bildiriblər./milli.az
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












