“Elektrik mühərrikli nəqliyyatların 60% artıb”

“Bu ilin 9 ayında Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı 60 faiz artıb”.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov “Gələcək üçün dayanıqlı nəqliyyat” tədbirində bildirib.
O qeyd edib ki, bu artımın dəstəklənməsi məqsədilə elektrikdoldurma məntəqələrinin inkişafı diqqət mərkəzindədir: “Hazırda ölkə üzrə quraşdırılmış 184 elektrikdoldurma məntəqəsi var. Azərbaycan son illər dayanıqlı nəqliyyat sektorunun yaradılmasında böyük addımlar atıb. Rəqəmsallaşdırma nəqliyyat keyfiyyətinin yüksəldilməsi üçün böyük rol oynayır.
Paris sazişinə qoşulan ölkə kimi daha dayanıqlı gələcək üçün konkret addımların atılmasını vacib hesab edirik. Qarşıdan gələn ildə dəmir yolunun 7 yeni qatarla yenilənməsi aparılan işlərin təzahürüdür. Azərbaycan hökuməti hərəkət təhlükəsizliyinin təmin olunması, ekoloji təmiz nəqliyyat vasilərindən istifadə edilməsi və sair layihələri həyata keçirəcək”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












