Ələt-Hacıqabul yolunda sürücülər üçün TƏHLÜKƏLİ VƏZİYYƏT - VİDEO

Ələt-Hacıqabul yolu sürücülər üçün təhlükəli vəziyyət yaradıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntü yayımlanıb.
Qeyd edilib ki, çoxtonnajlı avtomobillərin müntəzəm hərəkəti yolun sağ zolağını tamamilə yararsız hala salıb. Sol zolaqda da vəziyyətin ürəkaçan olmaması ilə yanaşı, qanuna görə, burada hərəkət etmək mümkün deyil, çünki sürücülər cərimə olunma riski ilə qarşılaşırlar.
"İllərdir bu yol təhlükə saçır, yolu gedib-gələn avtomobillər sıradan çıxır, amma heç bir tədbir görülmür", - deyə şikayətçi bildirir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli açıqlamasında yolun istismar müddətinin keçdiyini təsdiqləyib.
"Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Ələt-Hacıqabul hissəsinin əsaslı təmirinə ehtiyac yaranıb. Bununla əlaqədar agentliyimiz tərəfindən təkliflər hazırlanaraq aidiyyəti üzrə göndərilib. Maliyyə vəsaitinin ayrılması gözlənilir. Maliyyə vəsaiti ayrılan kimi, sözügedən hissənin əsaslı şəkildə yenidən qurulması tərəfimizdən təmin olunacaq", - deyə qurum rəsmisi vurğulayıb.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












