Əli Həsənovun oğlu ABŞ-dəki şirkətini bağladı

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlinin şirkəti ləğv olunub.
Avtosfer.az yeniavaz.com-a istinadla xəbər verir ki, “Solis Development LLC” 2022-ci ildə ABŞ-nin Florida ştatının Mayami şəhərində təsis olunub.
Hazırda ailəsi ilə birgə Mayamidə yaşayan Şamxal Həsənli 2023-cü ildə Nyu-York şəhərindəki Kolumbiya Universitetindən məzun olub.
Əli Həsənovun oğlu daha əvvəl Mayaminin aparıcı daşınmaz əmlak şirkətlərindən “Zylberglait Group”da işə düzəlib. Mayamidə fəaliyyət göstərən “Zylberglait Group” ABŞ-nin və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən olan “Marcus and Millichap” şirkətinin yerli ofisi hesab olunur.
“Marcus and Millichap” şirkətinin Mayami ofisində maliyyə analitiki vəzifəsində çalışan Şamxal Həsənlinin iş ortaqları arasında çoxsaylı ermənilər də olub. Daha sonra Şamxal Həsənli “Marcus and Millichap” şirkətindəki vəzifəsindən istefa verərək “Solis Development LLC” şirkətini təsisi edib.
Şamxal Həsənli hazırda “Manoucherı Brothers LLC” şirkətinin satınalmalar üzrə direktoru vəzifəsində işləyir. “Manoucherı Brothers LLC” şirkəti daşınmaz əmlak şirkətidir və 2021-ci ilin avqust ayında yaranıb. Şirkət ABŞ-ın tanınmış daşınmaz əmlak şirkətlərindən olan “Universe Holdings”ə bağlıdır. Şirkətin sahibi olan Henri Manuçeri ABŞ-nin tanınmış daşınmaz əmlak mütəxəssislərindən biridir.
İran əsilli yəhudi iş adamı olan Henri Manuçeri 1978-ci ildə İrandan ABŞ-yə köçüb. O, 1994-cü ildə “Universe Holdings” şirkətini təsis edib və hazırda şirkətin baş direktoru və rəhbəridir. “Universe Holdings” əsasən çoxmənzilli yaşayış daşınmaz əmlakına investisiya qoyur. Şirkətin portfelinin ümumi dəyərinin təxminən 2,5 milyard dollar olduğu, 7 500-dən çox mənzili idarə etdiyi bildirilir.
ABŞ ilə bərabər, İsraildə də daşınmaz əmlak biznesinə sahib olan Henri Manuçerinin oğlanları – Aaron və Avi Manuçeri qardaşları isə Florida ştatının ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan “Manoucherı Brothers LLC” şirkətini idarə edirlər.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












