Əlixan Rəcəbov tütün reklamı etdi - Şirkət cərimələndi - FOTO

Bakıda sosial şəbəkələrdə “Smoking Azerbaijan” səhifəsində tütün və tütün məmulatlarını reklam edən şirkət cərimələnib.
Avtosfer.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, “TTC GROUP” (The Tobacco Company) MMC İnzibati Xətalar Məcəlləsinin 428.10-cu (reklam haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib, işə məhkəmədə baxılıb.
Məlum olub ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 72/74, mənzil 95 ünvanında yerləşən “TTC GROUP” MMC-nin “Smoking Azerbaijan” adlı instaqram səhifəsində reklamı qadağan olunmuş tütün və tütün məmulatları reklam edilir.
Məhkəmə iclasında şirkətin nümayəndəsi bildirib ki, onlar bu cür paylaşımın inzibati xəta olduğunu bilməyiblər. Digər səhifələr bu tip reklam paylaşıb və onlar da buna görə paylaşıma başlayıblar.
Məhkəmənin qərarı ilə “TTC GROUP” MMC inzibati xətanı törətməkdə təqsirli bilinib və 1000 manat cərimələnib.
Bildirilib ki, “Smoking Azerbaijan” səhifəsində tütün məhsullarının reklamına məşhur bloqer və aktyorlar da cəlb edilib. 1000 manatlıq cəriməyə isə bloqer və aktyor Əlixan Rəcəbovun son reklam çarxı səbəb olub.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Turan Mahmudzadədir.


Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












