Əliyev Kavelaşvilini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin bugünkü yüksək səviyyəsi qonşu xalqlarımızın əsrlər boyu bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan güc alır. Hazırda dövlətlərarası münasibətlərimizin dinamik və hərtərəfli inkişafı məmnunluq doğurur.
Keçən ay dost ölkənizə həyata keçirdiyim dövlət səfərinin nəticələrini, səfər zamanı göstərdiyiniz qonaqpərvərliyi və əsl dost münasibətini yüksək qiymətləndirir, qarşılıqlı anlaşma və səmimiyyət şəraitində keçən məhsuldar görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.
Siyasi əlaqələrimizin intensivliyi və ali səviyyədə fəal dialoqun mövcudluğu bütün sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün əlverişli imkan yaradır.
İnanıram ki, dövlətlərimizin maraqları, xalqlarımızın mənafeyi və regionumuzun rifahı naminə sağlam təməllər üzərində qurulmuş və xoş ənənələrə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı birgə səylərimizlə bundan sonra da möhkəmlənməyə və genişlənməyə davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO










