Əliyevlə Ərdoğan İrəvana səfər edəcək?

Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin yazında İrəvana səfər edəcəkləri barədə iddia yayılıb.
Avtosfer.az xəbər verir ki, bu haqda Ermənistanın “Respublika naminə” partiyasının lideri Arman Babacanyan ölkəsinin “Civic.am” portalına müsahibəsində danışıb.
Bildirilib ki, liderlərin səfəri İrəvanda Avropa Siyasi Birliyinin sammitində iştirak üçün nəzərdə tutulub. Babacanyanın sözlərinə görə, eyni zamanda ABŞ Prezidenti Donald Trampın da tədbirə dəvət edilməsi istiqamətində diplomatik səylər aparılır.
Partiya lideri qeyd edib ki, Azərbaycan və Türkiyə liderlərinin sammitdə iştirakı dialoqun və regionda dinc münasibətlərin möhkəmləndirilməsi yolunda vacib addım olacaq.
Sözügedən iddiaya Türkiyə mediasında da rast gəlmək olar. Belə ki, “Türkiye Gazetesi” həmin xəbəri dərc edərək “Azərbaycan və Ermənistan arasında II Qarabağ müharibəsindən sonra imzalanan atəşkəs və sülh razılaşmasının ardından Bakı-İrəvan xəttində buzlar əriməyə davam edir” şərhini verib.
Məlumat üçün bildirək ki, Avropa Siyasi Birliyinin növbəti sammiti bu ilin oktyabr ayında Kopenhagendə baş tutacaq. 2026-cı ildə isə birliyin sammitləri Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.
Xatırladaq ki, avqustun 7-8-də ABŞ-də Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsi paraflanıb.

Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO











