Əlli min müəllim ixtisar oluna bilər – HƏYƏCAN SİQNALI

“Son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunur”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov martın 13-də parlamentdə hökumətin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.
O xatırladıb ki, 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında oldu: “2015-ci ildə Azərbaycanın məktəblərində 1,5 milyondan çox uşaq təhsil alırdı. Bu isə o deməkdir ki, növbəti dövrlərdə məktəblərimizdə oxuyanların sayı əhəmiyyətli dərəcədə azalacaq və bu vəziyyət 50 minə yaxın müəllimin ixtisarı riskini yarada bilər”.
Ə.Əhmədov vurğulayıb ki, bir neçə onillikdən sonra isə pensiya alan əhali ilə əmək qabiliyyətində olan əhali arasında nisbət ciddi şəkildə dəyişə bilər:
“Bu isə iqtisadiyyatımıza və sosial siyasətimizə ciddi təsir göstərə bilər. Güman edirəm ki, 2026-cı ildə və sonrakı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və hökumət demoqrafik məsələlərə diqqəti daha da artıracaq”./yenisabah
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












