Elza məhkəmədə Roza Zərgərlini uddu

Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərlinin məhkəmə prosesi keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Axşam.az-a açıqlamasında E.Seyidcahan bildirib. O qeyd edib ki, məhkəmə ötən gün baş tutub. İfaçı qərarın onun xeyrinə olmasına baxmayaraq, tam da razı qalmadığını söyləyib.
E.Seyidcahanın vəkili Elşən Behbudov əlavə edib ki, Apellyasiya Məhkəməsinə müraciət edəcəklər:
"Yasamal Rayon Məhkəməsində Ayşən Sultanovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq. Eyni zamanda məhkəmə Roza Zərgərlinin sözlərini yalan kimi qəbul edib. Buna görə üzr istəməsi tələb olunur. Amma təzminat təmin edilsə də, üzr edilməyib. Buna görə də Apellyasiya Məhkəməsinə müraciət edəcəyik".
Qeyd edək ki, Roza Zərgərli yutubda yayımlanan "Baylarsoylar" layihəsində Seyidcahanın ünvanına təhqiramiz fikirlər səsləndirərək, onu "meymun", "təlxək", "dəli" adlandırıb. Şərəf, ləyaqət və işgüzar nüfuzunun təhqir edildiyini bildirən E.Seyidcahan qarşı tərəfi məhkəməyə verib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












