Elza Seyidcahan məhkəmədə Roza Zərgərliyə uduzdu

Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli bu dəfə səhnədə deyil, məhkəmədə üz-üzə gəliblər. Bu işdə onlardan biri xüsusi ittihamçı, digəri isə təqsirləndirilən şəxs kimi çıxış edib.
Avtosfer.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, E.Seyidcahan R.Zərgərlini xüsusi ittiham qaydasında məhkəməyə verib.
Müğənni şikayət ərizəsində yazıb ki, Roza ona qarşı nalayiq ifadələr işlədərək təhqir edib. "YouTube" platformasında səsləndirilən təhqiredici fikirlər isə konkret olaraq "Bağışla, Elza, bağışla məni, şou-biznesə təlxəklər, meymunlar lazımdır. Sadəcə pulsuzsan da, pulla oynayan meymunlar lazımdır. Elza şeirində deyir ki, ağzını aç, tüpürüm, tüpürcəyim bal dadır, sənin üzünə bal lazımdır. Bu adamın başı işləmir. Dinlə məşğul olan adamlar hara baxırlar? Bu dəlinin qabağını almırlar, o şeirləri hansı şeiriyyata soxa bilərsən. İfaçı kimi zay...." sözlərindən ibarətdir.
Deputatlığa namizəd olmuş Seyidcahan "təlxək", "dəli", "zay" sözləri ilə şəxsiyyətinin nalayiq formada alçaldığını, bu səbəbdən həmkarının 6 aylıq həbslə cəzalandırılmasını xahiş edib.
Təqsirləndirilən şəxs qismində cəlb edilmiş R.Zərgərli isə ittihamı qəbul etməyib. Müğənni deyib ki, onun işlətdiyi sözlər təhqir deyil, tənqid kimi qəbul edilməlidir: "Şair kimi bal, ifaçı kimi zay olduğunu demişəm. Bunu bildirməklə onu həm tərifləmişəm, həm də tənqid etmişəm. Üstəlik, həmin verilişdə onu mükəmməl bəstəkar kimi təqdim etmişəm".
Məhkəmə istintaqı müddətində xüsusi ittihamçıya qarşı səslənən fikirlərin təhqir olub-olmadığını dəqiqləşdirmək üçün ekspertiza keçirilib.
Amma ekspert rəyi səslənən fikirlərdə cinayət tərkibi yaradan hallar olduğunu təsdiqləməyib. Rəydə yazılır ki, təqsirləndirilən şəxsin müxtəlif mövzulara dair fikir bildirərkən qurduğu cümlələrdə işlətdiyi "təlxək", "meymun", "dəli" kimi sözlər daşıdığı məzmun baxımından aid edildiyi şəxsin şərəf və ləyaqətinin alçaldılması hesab edilir. Amma həmin sözlər ədəbi dil hüdudlarını aşmadığı və nalayiq leksikaya aid olmadığı üçün nalayiq məzmunlu hesab edilmir.
Yasamal Rayon Məhkəməsində keçirilən yekun iclasda hökm açıqlanıb. Hakim Rəşad Cavadzadə ekspert rəyini bu iş üzrə mötəbər sübut kimi qəbul edərək Roza Zərgərliyə bəraət verib. Ona qanunsuz məhkəməyə verilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək hüququ olduğu da izah edilib.
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakının küçələri yeni tədris ilinə hazırdır?
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq










