“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR - VİDEO

"Azərlotereya" ASC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri üçün Bilik Gününə həsr edilmiş tədbir keçirilib. İçərişəhərdə baş tutmuş tədbirdə tələbə adını qazanan 30-dan çox gənc səhər yeməyi süfrəsi ətrafında bir araya gəlib.
Tədbirdə “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış ediblər.
Çıxışlarda gənclərin əldə etdikləri nailiyyət yüksək qiymətləndirilib, onlara yeni başlayan tələbəlik həyatlarında uğurlar arzulanıb. Eyni zamanda, şəhid ailələrinə göstərilən diqqət və dəstəyin, gənclərin təhsil və şəxsi inkişaf imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Daha sonra “Əmanətə Sədaqət” layihəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. İştirakçılar xüsusi arzu lövhəsində diləklərini qeyd edərək xatirə fotosu çəkdiriblər.
Günün davamında iştirakçılar Əməkdar mədəniyyət işçisi, məşhur aparıcı Rahib Azərinin rəhbərliyi ilə İçərişəhər turuna qatılıblar. Tur zamanı gənclər tarixi küçə və məkanlarla tanış olub, memarlıq abidələri, İçərişəhərin tarixi və Azərbaycanın zəngin mədəni irsi haqqında ətraflı məlumat əldə ediblər. Sonda tələbələrə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Əmanətə Sədaqət” layihəsi artıq 5 ildir həyata keçirilir. Layihənin məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərin övladlarının intellektual və emosional inkişafına dəstək olmaq, onların təhsil və sosial imkanlarını genişləndirmək, həmçinin yay tətilini maraqlı və səmərəli keçirmələrinə şərait yaratmaqdır.
Bu illər ərzində layihə 231 tələbəni əhatə edib. Onlardan 73-ü artıq məzun olub, bu il isə daha 37 gənc tələbə adını qazanıb.
Layihə çərçivəsində Azərbaycan, Türkiyə, Avstriya və Almaniyada gənclər üçün yay düşərgələri təşkil olunub. Düşərgələr zamanı iştirakçılar muzey və tarixi abidələrə, həmçinin müxtəlif bölgələrə səfərlər edib, karyera planlaması, şəxsi inkişaf, komanda işi və liderlik mövzularında təlimlərdə iştirak ediblər. Bununla yanaşı, gənclər üçün müxtəlif idman və intellektual yarışlar təşkil olunub.
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrində təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, Azərbaycanda ali təhsil alan şəhid övladlarının isə yaşayış xərcləri qarşılanır. Layihənin məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərin övladlarının intellektual və emosional inkişafına dəstək olmaq, həmçinin onların yay tətilini maraqlı və səmərəli keçirməsinə şərait yaratmaqdır.
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ




















