Əmək hüquqlarını pozan şirkətlər cəzalandırıldı

Əmək hüquqlarının pozulması halları barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, araşdırma zamanı “Az Deniz” MMC, “Miral” MMC və “DOSTLAR” MMC vəzifəli şəxsləri tərəfindən işçilərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal, Nəsimi və Suraxanı rayon məhkəmələrinə göndərilib.
Məhkəmələrin müvafiq qərarları əsasında “Az Deniz” MMC və “DOSTLAR” MMC 20 min, “Miral” MMC isə 22 min manat məbləğində inzibati cərimə edilib.
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












