Əməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi

Bir neçə ay əvvəl liposaksiya-piysovurma əməliyyatı etdirdikdən sonra dünyasını dəyişən Səbirə Vəliyevanın anası Sara Məmməd qızı Qurbanova məhkəməyə müraciət edib.
Avtosfer.az xəbər verir ki, Sara Qurbanova səhiyyə naziri Teymur Musayevin xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyib. Buna səbəb nazirin Milli Məclisdəki çıxışı olub.
Teymur Musayev Milli Məclisdə deputat Səyyad Arana cavab verərkən demişdi ki, həmin şəxs Sara Qurbanovanın qızını mətbəxdə əməliyyat edib.
Nazir əməliyyatı edən Ülviyyə İlyasovanın (Qurbanovanın) həkim olmadığını, buna görə də Səhiyyə Nazirliyinin heç bir məsuliyyət daşımadığını bildirmişdi.
Lakin Səbirə Vəliyevanın ölümü ilə bağlı açılan cinayət işinin araşdırması zamanı səhiyyə nazirinin "əməliyyat evin mətbəxində olub" fikirləri yalan çıxıb.
Belə ki, cinayət işi materiallarında da qeyd edilir ki, əməliyyat "AzE Estetik Mərkəz" MMC-də baş tutub. Həmin klinika lisenziyasız fəaliyyət göstərdiyi üçün Baş Prokurorluq tərəfindən aparılan yoxlama zamanı da cərimələnib. Məhkəmə hökmündə də əməliyyatın klinikada baş tutduğu göstərilir.
Sara Qurbanova nazirin Milli Məclisdəki çıxışını böhtan və təhqir kimi qiymətləndirib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












