Ən çox əməkhaqqı alan nəqliyyat işçiləri - 2000-dən çoxdur

Nəqliyyat sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı açıqlanıb.
Avtosfer.az xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu sahədə işləyənlərin orta aylıq maaşı 1 529,8 manat təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 168,4 manat artım deməkdir ki, bu da 12,36% yüksəliş şəklində qeydə alınıb.
Ötən ilin müvafiq dövründə orta aylıq əməkhaqqı 1 361,4 manat olub.
Qeyd edək ki, bu sahə üzrə ən çox əməkhaqqı alan sektor işçiləri qaz kəməri sahəsindədir. Cari ilin ilk 9 ayı üçün onların orta aylıq əməkhaqqı 2405,2 manat olub. Bu hesabatın tam əksi olaraq ən az əməkhaqqı alan nəqliyyat sektoru işçiləri isə poçt və kuryer fəaliyyəti ilə məşğul olan işçilər olub ki, onlar üçün müəyyən edilmiş orta aylıq əməkhaqqı 655,4 manat olub./Valyuta.az

Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












