Ən çox istifadə olunan dərmanların YENİ QİYMƏTLƏRİ – SİYAHI

Xəbər verdiyimiz kimi, Tarif Şurası tərəfindən Azərbaycanda bir sıra dərman vasitələrinin pərakəndə satış qiymətlərinin yuxarı həddi yenidən müəyyənləşdirilib.
Avtosfer.az xəbər verir ki, siyahıda tibbi spirt, ağrıkəsici, antibiotik və spazm əleyhinə preparatlar da yer alıb.
Belə ki, 100 ml 95 faizlik tibbi spirtin pərakəndə satış qiymətinin yuxarı həddi 55 qəpik, 500 ml-lik qablaşdırmanın qiyməti isə 3,36 manat müəyyən edilib.
Analgin Dibazol Papaverin (tablet) preparatı üçün isə maksimum qiymət 1,86 manat təyin edilib.
Tetrasiklinin 3 qramlıq göz məlhəminin pərakəndə satış qiymətinin yuxarı həddi 1,67 manat, Bonpenisillinin 50 flakonlu qablaşdırmasının qiyməti 13,50, Spazmolizinin 40 mq-lıq, 10 ədədlik qablaşdırmasının pərakəndə satış qiyməti isə 10 manat müəyyənləşdirilib.
Spazmalgon 5 ml-lik ampul 17 manat, Hiften 200-ün 200 mq-lıq 10 kapsuldan ibarət qablaşdırmasının qiyməti isə 2,32 manat təyin edilib.
Qeyd edək ki, tibbi spirt, Tetrasiklin, Bonpenisillin, Spazmolizin və Hiften 200 üzrə göstərilən yeni qiymətlər 23 iyul 2026-cı ildən qüvvəyə minib./bizimmedia
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












