Ərdoğan Əliyevi təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Avtosfer.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli Prezident, Əziz Qardaşım,
Zati-alinizi və Can Azərbaycan xalqını Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqım adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Zati-alinizin bacarıqlı liderliyi və uzaqgörən siyasəti sayəsində Can Azərbaycanın davamlı şəkildə güclənməsindən, regionda və beynəlxalq miqyasda nüfuzunun artmasımdan böyük qürur və iftixar hissi keçiririk.
Türkiyə ilə Azərbaycan arasında öz gücünü tarixdən alan dərin köklü qardaşlıq və həmrəylik əlaqələri Ümummilli Lider Heydər Əliyevin bizə mirası olan “Bir millət, iki dövlət” prinsipi əsasında hər gün daha da güclənir. Türkiyə olaraq, güclü əlaqələrimiz əsasında qardaş Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına davam edəcəyik.
İnanıram ki, güclü həmrəyliyimiz, əməkdaşlığımız və birgə layihələrimiz qarşıdakı dövrdə də xalqlarımızın rifahına, həmçinin regionumuzda sülhə, sabitliyə və inkişafa əhəmiyyətli töhfələr verməyə davam edəcək. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəylik ruhunun bütün Türk dünyasında, xüsusən də Türk Dövlətləri Təşkilatının çətiri altında əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına müsbət təsirini və töhfəsini görmək də xoşdur.
Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik diləyir, qardaş Azərbaycan xalqının davamlı rifahı və tərəqqisi ilə bağlı ən xoş arzularımı bildirir, Can Azərbaycanın Müstəqillik Gününü bir daha ürəkdən təbrik edirəm”.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












