Ərdoğan İlham Əliyevlə görüşündən danışdı

"İnanıram ki, Cənubi Qafqaz arzuladığı sülhə qovuşacaq. Mən bu ümidi cənab İlham Əliyevlə ikitərəfli görüşüm zamanı gördüm".
Avtosfer.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Ağ Evdə atılan imzalar Ermənistan-Azərbaycan normallaşma prosesini sürətləndirib: "Azərbaycan və Ermənistan sülh yolunda maneələri xeyli dəf edib və son mərhələyə çatıblar".
Ərdoğan Azərbaycan prezidenti İlham Əliyev, sonra isə Ermənistanın baş naziri Nikol Paşinyanla ətraflı danışıqlar apardığını xatırladıb və hər iki görüşdə İlham Əliyevin də, Paşinyanın da eyni mövqedə olduğunu bildirib.
Zəngəzur dəhlizi məsələsi ilə bağlı heç bir problem və ya fikir ayrılığının olmadığını vurğulayan Ərdoğan, İlham Əliyevin bu məsələdə daha arxayın olduğunu qeyd edib: "Xüsusən də ABŞ-yə səfərləri zamanı baş tutan görüş bu mövzuda atacaqları addımlarda həlledici amil oldu. Bölgəmizdə sülhün bərqərar olması ilə quru və dəmir yolları daha da aktivləşəcək, sərhəd qapıları açılacaq, bir çox sahələr, xüsusilə ticarətə müsbət təsir göstərəcək. Bu əməkdaşlıqdan yeni region ölkələrinin də yararlanması bizlərə də müsbət təsir göstərəcək. Aydındır ki, Rusiya və İran da narahatlıqlarının əsassız olduğunu anlayacaqlar.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












