Banner

Ərdoğan Türkiyə Prezidentliyini ona təhvil verdi – FOTO

Xəbərlər 2 Noyabr 2026 12:36
Ərdoğan Türkiyə Prezidentliyini ona təhvil verdi – FOTO
WhatsApp kanalımıza abunə olun

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub.

Avtosfer.az Globalinfo.az-a istinadən xəbər verir ki, sənəddə qeyd olunub ki, Türkiyə Konstitusiyasının 106-cı maddəsinə əsasən, dövlət başçısının Cənubi Koreyada səfərdə olduğu müddətdə prezident vəzifəsini köməkçisi Cevdet Yılmaz icra edəcək.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya Prezidenti Li Ce Myunqun dəvəti ilə noyabrın 1-dən 4-dək Seula səfər edəcək. Liderlər və nümayəndə heyətləri arasında rəsmi danışıqların 3 noyabr çərşənbə axşamı günü keçirilməsi planlaşdırılır.

Tərəflər iki ölkənin strateji tərəfdaşlığının bütün aspektlərini müzakirə edəcək və mövcud regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Səfər zamanı ikitərəfli münasibətlərin hüquqi çərçivəsini gücləndirməyə yönəlmiş bir sıra sənədlərin imzalanması da planlaşdırılır.

Oxunub : 110
ŞƏRH YAZ
Ad

E-mail

Şərh