Ərdoğanla Paşinyan arasında görüş baş tutdu - VİDEO - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra qeyd edib ki, Ankara ilə İrəvan arasında əməkdaşlığın artırılmasına yönəlik addımların dəyərləndirilməsi aparılır.
Avtosfer.az xəbər verir ki, məlumatı Türkiyə prezidentinin mətbuat xidməti yayıb.
Məlumatda qeyd olunur ki, R.T.Ərdoğanla N.Paşinyan arasında baş tutan görüşdə Cənubi Qafqazda davamlı sabitlik və sülhə doğru atılan addımlar fonunda Türkiyə-Ermənistan münasibətləri müzakirə edilib.
Türkiyə prezident rəsmi Ankaranın bölgədə sülhü, sabitliyi və inkişafı dəstəklədiyini, bu prosesə töhfə verməyə davam edəcəyini vurğulayıb.
***
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Avtosfer.az bu barədə "Sputnik Ermənistan"a istinadən məlumat verib.
İki ölkə rəhbərinin görüşü Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammiti çərçivəsində baş tutub.
Görüşün təfərrüatı hələlik açıqlanmayıb.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












