Erməni ailələri qərar verdi: Ağ bayraqla Həkəri çayına gəlirlər

Ermənistanda itkin düşmüş hərbçilərin yaxınları Azərbaycana birbaşa təmas qurmaq təşəbbüsü ilə çıxış edərək, Həkəri çayına ağ bayraqla gəlməyə hazır olduqlarını açıqlayıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Ermənistanda itkin düşmüş hərbçilərin yaxınları bu gün yenidən hökumət binasının qarşısına toplaşıblar və hakimiyyətə yaxınlarının taleyi ilə bağlı konkret məlumat təqdim etməsi üçün bir həftə vaxt verdiklərini bildiriblər.
İtkin düşmüş hərbçinin əmisi Arsen Qukasyan bildirib ki, 1990-cı illərdən etibarən azərbaycanlıların dəfn yerləri barədə məlumata malik şəxslər onların təşəbbüs qrupu ilə əlaqə saxlayaraq vahid məlumat bazasının yaradılmasına kömək edə bilərlər.
Onun sözlərinə görə, onlar danışıqlar aparmaq üçün ağ bayraqla Həkəri çayına gəlməyə və eyni statusa malik azərbaycanlılarla əlaqə yaratmağa hazırdırlar.
"Biz itkin düşmüş yaxınlarımız barədə məlumat əldə etmək üçün bir-birimizə kömək etmək istəyirik. Artıq nə hökumətə, nə Avropaya, nə ABŞ-yə, nə də Rusiyaya ümid edirik. Bütün ümidimiz özümüzədir. Mümkün olan bütün vasitələrdən istifadə etməliyik", - deyə Qukasyan bildirib./Musavat.com/
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












