Ermənilər Azərbaycanla sərhəddəki bu ərazidən geri çəkildi - FOTO

Ermənistan Tavuş rayonundakı hərbi mövqelərindən birini geri çəkib.
Avtosfer.az xəbər verir ki, bu barədə erməni KİV peyk görüntüləri əsasında məlumat yayıb.
Qeyd olunub ki, əvvəllər Ermənistan silahlı qüvvələrinin mövqeyi Berkaber su anbarının sahilində yerləşib. İndi isə bu post mövcud deyil.
2024-cü ilin aprel ayında Ermənistan və Azərbaycan Tavuşun Bağanis-Berkaber bölgəsinin bir neçə hissəsində demarkasiya aparmaq barədə razılığa gəliblər.
Daha sonra Ermənistan Baş Nazirinin Aparatı demarkasiya və delimitasiyanın aparılmalı olduğu hissələri çəhrayı rənglə qeyd edən xəritə dərc edib.

Bu xəritədə Ermənistan Silahlı Qüvvələrinin mövqeyinin yeri oxla qeyd olunub.
Yəni həmin ərazidə demarkasiya və delimitasiya işləri aparılmasa da, post ləğv edilib. O, 250-300 metr şimal-şərqə geri çəkilib.
Xüsusilə, yeni fotoda Ermənistan Silahlı Qüvvələrinin Berkaber su anbarının sahilindəki əvvəlki mövqeyinin artıq orada olmadığı göstərilir. Post sökülüb və səngərlər doldurulub.
Təzə peyk fotoşəkilləri 2024-cü ildən bəri baş verən dəyişiklikləri aydın şəkildə qeyd etməyə imkan verir.

2023 və 2025-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin mövqelərinin yerləşdiyi ərazinin peyk şəkilləri.
Yenilənmiş peyk şəkillərinə əsasən, Berkaber kəndinin şimal-şərqində yerləşən həmin mövqe artıq mövcud deyil. /unikal
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












