Ermənilər Gümrüdən Türkiyəyə dəmir yolu ilə getdilər

Gümrü-Qars dəmir yolu praktiki olaraq istifadəyə verilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Ermənistan və Türkiyə dəmir yolunun bərpası ilə bağlı razılığa 2025-ci ilin sentyabr ayında gəliblər.
Artıq 28 aprel 2026-cı ildə Qarsda Gümrü-Qars dəmir yolunun bərpası və istismarı üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilib. Bölgədə nəqliyyat kommunikasiyalarının genişləndirilməsi kontekstində tərəflər Gümrü-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsinin vacibliyini vurğulayıblar.
Mayın 7-də Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə dəmir yolunun yenidən işə salınması üçün texniki qiymətləndirmə işlərinin aparıldığını açıqlayıb.
Jurnalist mübadiləsi proqramı çərçivəsində Türkiyəyə səfər edən bir qrup erməni jurnalistə dəmir yolunun işə salınması üçün Türkiyə tərəfində hansı işlərin görüldüyünü yerində öyrənmək imkanı verilib. Erməni jurnalistlər qrupu Qars şəhərindən Akyaka şəhərinə qatarla səyahət edib. Təxminən 57 kilometrlik səyahət təxminən 50 dəqiqə çəkib. Akyaka stansiyasından Gümrüyə dəmir yolu ilə cəmi 18-20 kilometr məsafə var və bu məsafəni 30-40 dəqiqəyə qət etmək mümkündür. Lakin sərhəd bağlı olduğundan, hazırda Akyakadan Gümrüyə getmək mümkün deyil.
Bundan əlavə, Akyakadan Gümrüyə gedən quru yolu üçün tender də elan edilib.\unikal
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












