Ermənistan dəmir yolları ilə bağlı müqaviləni başqa ölkəyə satır?

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan ölkənin dəmir yollarının konsessiyası ilə bağlı məsələnin həllində kompromis addım kimi qismən satış imkanının nəzərdən keçirilə biləcəyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə o, brifinq zamanı jurnalistlərə açıqlamasında deyib. Baş nazir kəskin qərarlar qəbul etmək istəmədiklərini vurğulayıb.
"Dostyana həll yolları nələr ola bilər: biz qarşılıqlı olaraq maraqlarımızı anlayıb qəbul edəcəyik və bəzi kompromislərə gedəcəyik. Əvvəllər də qeyd etmişdim ki, Rusiya tərəfindən konsessiya hüququnun satılması kompromislərdən biri ola bilər. Lakin bu satış istər tam, istərsə də qismən mümkündür. Yəni elə bir paylı iştirak konfiqurasiyası ola bilər ki, oradakı faiz bölgüsü Ermənistanın qlobal nəqliyyat sisteminə inteqrasiya etmək üçün yaranan tarixi imkanına mane olmasın", - deyə hökumət rəhbəri vurğulayıb.
Xatırladaq ki, fevralın 13-də Paşinyan media nümayəndələri ilə söhbətində İrəvanın Rusiya tərəfinə respublikanın dəmir yolları üzrə konsessiyasını həm Moskvaya, həm də İrəvana dost olan dövlətlərdən birinə satmağı təklif etdiyini söyləmişdi. O, ehtimal olunan variantlar sırasında Qazaxıstan, BƏƏ və Qətərin adını çəkmişdi. Bununla yanaşı, Paşinyan Ermənistanın Rusiya Federasiyasına qarşı heç bir etirazının olmadığını, lakin Rusiya konsessiyasının ölkə üçün "müəyyən rəqabət itkiləri" yaratdığını iddia etmişdi.
Konsessiya - dövlətlə özəl investor arasında müqavilədir. Dövlət biznesə ümumi əmlakı tikmək və ya təmir etmək və ondan istifadə etmək hüququnu verir. İnvestor pul yatırır, sonra isə obyektin fəaliyyətindən gəlir əldə edir. Bu zaman əmlakın mülkiyyətçisi dövlət olaraq qalır.
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












