Ermənistan Rusiya bazarının əvəzedicisini tapdı

Ermənistan və ABŞ arasında kənd təsərrüfatı məhsullarının Amerika bazarına ixracı ilə bağlı danışıqlar aparılıb. Avtosfer.az "Publika.az"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Vaşinqtondakı səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan və ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Xarici Kənd Təsərrüfatı Xidmətinin rəhbəri Daniel Uitli iştirak ediblər. Tərəflər Ermənistanın kənd təsərrüfatı məhsullarının ABŞ bazarına çıxarılması imkanlarını, eləcə də erməni ərzaq məhsullarının Amerika bazarında təşviqi məsələlərini müzakirə ediblər. Məlumata görə, Ermənistan Rusiya bazarından asılılığı azaltmaq məqsədilə Avropa İttifaqı və ABŞ bazarlarında mövqeyini gücləndirməyə çalışır. Bu çərçivədə ölkə artıq bəzi akvakultura məhsulları və balıq məhsullarını Aİ ölkələrinə ixrac etmək hüququ əldə edib. Bundan əvvəl Avropa İttifaqı Ermənistanın Rusiya bazarından asılılığını azaltmaq üçün ölkəyə 50 milyon avrodan çox dəstək ayıracağını açıqlamışdı. Bu addım Rusiyanın Ermənistanın bir sıra kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyət tətbiq etməsindən sonra atılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












