Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq

Ermənistan hökumətinin Türkiyə və Azərbaycanla sərhədə uzanan dəmir yolu xətlərinin bərpası layihələri üzrə elan etdiyi tenderlər baş tutmayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.
Məlumata görə, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi sentyabrın 3-də təcili olaraq Gümrü-Türk Qarakilsəsi-Türkiyə sərhədi və Arazdəyən-Naxçıvanla sərhəd dəmir yolu sahələrinin bərpası layihələri üzrə tender elan edib. Tenderdə iştirak etmək üçün Qazaxıstanın "Integra Construction KZ" və Özbəkistanın "BOSHTRANSLOYIHA" şirkətləri müraciət edib.
Türk Qarakilsəsi (Axurik) ərazisindəki layihə üçün Özbəkistan şirkəti 1.9 milyon dollar, Qazaxıstan şirkəti isə 3.5 milyon dollar, Arazdəyən (Yerasx) zonasındakı dəmir yolu sahəsinin bərpası üçün isə müvafiq olaraq 450 min və 890 min dollar təklif irəli sürüb. Məlumata əsasən, hər iki şirkətin müraciəti lisenziyalarının olmaması səbəbindən rədd edilib.
Nəticədə, oktyabrın 6-da tenderin baş tutmadığı bəyan edilib. Layihələr çərçivəsində hər iki xəttin ötürücülük qabiliyyətinin ildə 10 milyon tona çatdırılması, həmçinin dəmiryol stansiyalarının binalarının inşası və ya təmiri nəzərdə tutulurdu. Dövlət büdcəsindən maliyyələşdirilməsi planlaşdırılan bu layihələr 5-8 ay ərzində reallaşdırılmalı idi.
Xəbərdə bildirilir ki, layihə sənədləri erməni və rus dillərində tərtib olunmalı idi. Ermənistan hökumətinin proqramına əsasən, Nazirlər Kabineti 2031-ci ilə qədər TRIPP layihəsinin dəmir yolu infrastrukturunu fəaliyyətə başlatmağı, eləcə də Türk Qarakilsəsi-Türkiyə və Arazdəyən-Naxçıvan dəmir yolu xətlərini bərpa edərək istifadəyə verməyi hədəfləyir. Ermənistanın dəmir yolu infrastrukturu Rusiya Dəmir Yollarının törəmə müəssisəsi olan "Cənubi Qafqaz Dəmir Yolu"nun konsessiya idarəçiliyindədir.
Sərhədyanı sahələrin bərpası ilə bağlı müzakirələr fonunda baş nazir Nikol Paşinyan daha əvvəl konsessiya idarəçiliyinin həm İrəvana, həm də Moskvaya dost olan üçüncü ölkəyə verilməsi məsələsinin nəzərdən keçirilməsini təklif etmişdi. O, mümkün variantlar kimi Qazaxıstan, BƏƏ və Qətərin adını çəkib. Oktyabr ayında Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Moskva Arazdəyəndən Naxçıvana və Gümrüdən Türkiyəyə qədər olan dəmir yolu xətlərini birgə bərpa etmək təklifinə Ermənistanın reaksiyasını gözləyir.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO












