Ermənistan və İran sərhəddə sadələşdirilmiş "yaşıl" dəhliz yaradacaq

Ermənistan və İran Norduz-Mehri sərhəd-keçid məntəqəsində sadələşdirilmiş "yaşıl" gömrük dəhlizinin yaradılması barədə razılığa gəliblər.
Avtosfer.az-ın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu qərar İranın iqtisadiyyat nazirinin müavini, Gömrük Xidmətinin rəhbəri Fərud Əsgərinin Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyanla Culfa şəhərində keçirilən görüşünün yekunları üzrə qəbul edilib.
Qeyd olunur ki, sentyabrın 12-də keçirilən görüşdə tərəflər ticarətin inkişafına və asanlaşdırılmasına şərait yaratmaq məqsədilə gömrük prosedurlarının sadələşdirilməsi və iki ölkə arasındakı sərhəddən malların daşınmasının sürətləndirilməsi ilə bağlı bir sıra tədbirlər razılaşdırıblar.
Xüsusilə, İran-Ermənistan sərhədində sadələşdirilmiş gömrük "yaşıl" dəhlizinin tətbiqi barədə razılıq əldə olunub. Bunun yük maşınlarının gözləmə müddətini azaltması gözlənilir. Digər razılaşmaya əsasən, yükün gəlişindən əvvəl məlumat mübadiləsi (Pre-Arrival) elektron şəkildə gücləndiriləcək. Bu isə yük maşınlarının ölkəyə girişinin rəsmiləşdirilməsi zamanı inzibati prosedurların həcmini azaltmağa imkan verəcək. Ermənistan və İran sənədlərin yoxlanılmasını da sadələşdirmək, kağız sənədləri elektron sənədlərlə əvəzləmək barədə razılığa gəliblər.
Tərəflər həmçinin səlahiyyətli iqtisadi operatorların (SİO) statusunun qarşılıqlı tanınmasına dair sənədi müzakirə edərək təsdiqləyiblər. Bu status gömrük xidmətlərinin müəyyən etdiyi tələblərə cavab verən ayrı-ayrı şirkətlərə verilir. (report)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












