“Ermənistanın yolları açılacaq, o, tariflərdən faydalar qazanacaq” - Prezident

“Bizim Avropa İttifaqının “Qlobal Qapılar” adlanan layihəsi haqqında məlumatımız var. Bu layihə Avropanı Mərkəzi Asiya ilə birləşdirəcək və əlbəttə ki, Azərbaycan burada önəmli rol oynayır”.
Avtosfer.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Davosda “Euronews” telekanalının təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
“Bu vaxtadək biz əsasən öz nəqliyyat infrastrukturumuza - dəniz limanlarına, hava limanlarına, dəmir yollarına, magistrallara sərmayə yatırmağa nail olmuşuq. Beləliklə demək olar ki, hər bir şey artıq hazırdır. Lakin yüklərin həcmi o qədər sürətlə böyüyür ki, biz Dəniz Limanımızın ötürmə qabiliyyətini artırmaq qərarına gəldik. Beləliklə, nəqliyyat əlaqələri, o cümlədən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi, həmçinin Ermənistanı da Mərkəzi Asiyanın daha geniş regional nəqliyyat şəbəkəsinə daxil edəcək, sülh işinə töhfə verəcək. Çünki Ermənistanın yolları açılacaq, o, tariflərdən faydalar qazanacaq, daha geniş beynəlxalq əməkdaşlıqda iştirak edəcək. Onlar artıq faydaları görürlər, çünki Ermənistanla sülhə nail olduqdan sonra Azərbaycan yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb və Azərbaycanın ərazisindən Ermənistana gedən, Qazaxıstandan və Rusiyadan gələn ilk yüklər artıq göndərilib. Bundan əlavə, biz Ermənistana onların əldə edə biləcəyi qiymətdən çox ucuz olan mühüm neft məhsullarını təchiz etməyə başlamışıq. Bütün bu məsələlər bir-birinə bağlıdır - nəqliyyat əlaqələri, qonşularla yaxşı münasibətlər, sülh, yəqinlik və qarşılıqlı maraq”, - dövlət başçısı əlavə edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












