"Ermənistanla Azərbaycan arasında bu məsələ gündəmdə deyil" - Hikmət Hacıyev

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün işlər davam etdirilir:
"Bəzən ölkələr kağız üzərində sülh sazişi imzalayır, amma real sülh olmur. Cənubi Qafqazda isə əksinədir – real sülh mövcuddur. Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil. Bəzi mübahisəli məqamlar qalıb – bu da tamamilə normaldır. Bunun üçün də diplomatiya və dialoq var".
Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan sülhə və bölgənin transformasiyasına hazırdır:
"Artıq Bakı tərəfindən hazırlanaraq Ermənistana təqdim olunan sülh sazişinin mətni böyük ölçüdə razılaşdırılıb. Bu, çox müsbət haldır. Bəli, hələ həllini tapmamış bəzi detalları var. Məsələn, Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə iddialar yer alır. Hər bir ölkənin Konstitusiyası daxili məsələdir – başqa ölkənin adını və ya bölgəsini əhatə etmədiyi halda. Biz bu sülh sazişini təkcə Ermənistan hökuməti ilə yox, Ermənistan xalqı ilə də imzalamaq istəyirik. Ermənilərin Konstitusiyada dəyişiklik edib Azərbaycan ərazilərinə olan iddialardan rəsmi şəkildə imtina etməsini görmək istəyirik".
"Yəni məsələ yalnız Ermənistan Konstitusiyası deyil?", - sualına H.Hacıyev belə cavab verib: "Bu məsələ həll olunduqdan sonra sülh yolunda artıq ciddi maneələrin qalmayacağına inanırıq".
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












