Estetik əməliyyat zamanı qaynı arvadının ölümünə səbəb olan qadın barəsində qərar ləğv edildi

Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, "AzE Estetik Mərkəz"in direktoru Ülviyyə İlyasovanın barəsində olan qərardan verilən kassasiya şikayəti və protesti üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının kassasiya protesti təmin edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Ü.İlyasova 3 il səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il iki ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməsi barədə qərar qəbul edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, dövlət ittihamçısının protesti qismən təmin edilərək hökm prosessual əsasla dəyişdirilib və Cinayət Prosessual Məcəlləsinin normaları təbliğ olunmaqla təqsirləndirilənə təyin olunmuş hökm qismən birləşdirilib. Ü.İlyasovaya təyin edilmiş cəza isə olduğu kimi saxlanılıb.
Qeyd edək ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb. Müəyyən olunub ki, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı Səbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib, daha sonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.
Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.
Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












