Ət satışı ilə məşğul olanlara qarşı dələduzluq edildi

Bakının Nizami rayonu ərazisində ət kəsimi məntəqəsinin sahibi olan iki nəfər dələduzluqla üzləşib.
Avtosfer.az-ın məlumatına görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən zərərçəkənlər naməlum şəxsin onları restoranlara ət satmaq adı ilə aldatdığını və ümumi çəkisi 100 kiloqramdan artıq dana və quzu ətini onlardan alaraq pullarını vermədiyini bildirib. Şikayət edənlər həmin şəxsin onlara 4 min manata yaxin maddi ziyan vurduğunu bildiriblər.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 32 yaşlı Fərid Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun paytaxtın digər rayonlarında da bu üsulla 20-ə yaxın ət kəsimi ilə məşğul olan şəxslərə qarşı dələduzluq etdiyi məlum olub. F.Hüseynovun əməllərindən zərərçəkən şəxslər varsa bu barədə polis orqanlarına müraciət edə bilərlər.
Araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












