Ət satışı məntəqəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində İsmayıllı rayonunun Cülyan kəndində fəaliyyət göstərən, fiziki şəxs Şirvan Aslan oğlu Salmanova məxsus ət satışı məntəqəsində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı məntəqənin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, ətlərin açıq hava şəraitində satışa çıxarıldığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçinin tibbi müayinəyə cəlb olunmadığı və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq məntəqənin fəaliyyəti məhdudlaşdırılıb, sahibi barəsində inzibati tədbir görülüb.
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu















