Etibarnamə ilə bağlı bilməli olduğunuz məqam: Neçəyə başa gələcək?

Avtosfer.az oxucularına maarifləndirmə mövzusunda layihəsini davam etdirir.
Bu dəfə təqdim edəcəyimiz mövzu etibarnamənin təsdiqi zamanı tələb olunan ödənişlərlə bağlıdır.Bu,bir şəxsin digər şəxsə nəqliyyat vasitəsini müəyyən bir müddət ərzində istifadə etmək hüququnu verən və notarius tərəfindən təsdiq edilən rəsmi sənəddir.
Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin təsdiqinin ödənişi neçə manat təşkil edir?
Bildiririk ki, etibarnamə ərə, arvada, uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa və bacıya verilərsə, dövlət rüsumu 10 manat, xidmətə görə tutulan haq 1 manat 50 qəpik təşkil edir.
Etibarnamə digər vətəndaşlara və ya hüquqi şəxslərə verilərsə, dövlət rüsumu 15 manat, xidmətə görə tutulan haq isə 2 manat 25 qəpik təşkil edir. Ölkəxarici müraciətlər üçün dövlət rüsumu 15 manat, xidmət haqqı isə 34 manat təşkil edir.
Xidməti Mobil Notariat tətbiqi vasitəsilə onlayn və ya ASAN xidmət mərkəzlərində rəsmiləşdirə bilərsiniz. Ödənişlər banklar, xüsusi ödəniş terminalları və ya onlayn üsulla həyata keçirilir. (oxu24)
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












