ETX adından saxta fişinq e-poçtlar göndərilir - XƏBƏRDARLIQ

Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan monitorinqlər zamanı bəzi istifadəçilərə və müəssisələrə qurumun adından göndərilmiş kimi təqdim olunan saxta e-poçtların daxil olduğu müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, həmin e-poçtlarda “Yaxın Şərq bölgəsində kibertəhlükələrin artması” ilə bağlı xəbərdarlıq edilir və istifadəçilərə sistemin təhlükəsizlik yenilənməsi adı altında “DOWNLOAD” düyməsi vasitəsilə zərərli fayl yükləmək təklif olunur.
Vizual baxımdan rəsmi üslubda tərtib olunan bu e-poçtlar fişinq hücumu xarakteri daşıyır və istifadəçiləri aldadaraq zərərli proqram təminatını cihazlarına yükləməyə sövq edir.
Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti tərəfindən heç bir halda e-poçt vasitəsilə proqram təminatı və ya təhlükəsizlik yenilənməsi göndərilmir.
Xidmət vətəndaşlara və qurumlara müraciət edərək şübhəli e-poçtlara qarşı diqqətli olmağı, mesajların tərkibindəki keçidlərə klikləməməyi və əlavə edilmiş faylları yükləməməyi, həmçinin məlumatları yalnız rəsmi mənbələrdən əldə etməyi tövsiyə edir. Belə hallarla qarşılaşan şəxslərdən 1654 qaynar xətti və [email protected] elektron poçt ünvanı vasitəsilə məlumat vermələri xahiş olunur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












