ETX bir sıra dövlət və özəl qurumlara kiberhücumların qarşısını aldı

Elektron Təhlükəsizlik Xidməti (ETX) "Narketing163" adlı qruplaşmanın ölkəmizə qarşı həyata keçirdiyi kiberhücum cəhdlərini aşkarlayaraq qarşısını alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə ETX məlumat yayıb.
Bildirilib ki, ETX-nin apardığı texniki analiz və indikatorlar üzrə korrelyasiya təhlili nəticəsində qeyd olunan hücumların daha əvvəl də Azərbaycana qarşı yönəldildiyini təsdiqləyən sübutlar müəyyən edilib.
Hücum çərçivəsində bir sıra dövlət və özəl qurumlara göndərilən e-poçt məktublarında tanınmış şirkət və təşkilatların adı, loqosu və rəsmi yazışma üslubu təqlid olunub. Məqsəd istifadəçilərdə etimad formalaşdırmaq və əlavə edilmiş zərərli faylın açılmasına nail olmaqdan ibarətdir.
Kiberhücum ssenarisində diqqətçəkən əsas məqamlardan biri zərərli kodun bir hissəsinin "*.az" domen zonasında yerləşdirilmiş resurs üzərindən yayılmasıdır. Bu üsul sosial mühəndisliyin klassik formalarından biri olmaqla texniki boşluqlardan daha çox, psixoloji manipulyasiya vasitəsilə istifadəçilərin zərərli fəaliyyəti icra etməsinə yönəlib.
Xidmətin araşdırması nəticəsində .az domen zonasında yerləşdirilmiş müvafiq resurs müəyyən edilərək operativ tədbirlər görülüb və zərərli faylın ölkə üzrə yayılmasının qarşısı alınıb.
İnsidentlə əlaqədar məlumatlar və əlavə indikatorlar ETX-nin istifadəyə verdiyi "İnsident Məlumatlarının Mübadiləsi Platforması"nda (https://misp.cert.az) paylaşılıb.
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO











