ETX əməkdaşı MİSP-də boşluq aşkarladı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarə edilməsi sektorunun əməkdaşı Əli Qəniyev açıq mənbə resursları bazasında yaradılmış MİSP (Malware Information Sharing Platform) platformasının yeni versiyasında təhlükəsizlik boşluğu müəyyən edib.
Avtosfer.az xəbər verir ki, aşkarlanmış çatışmazlıq barədə operativ şəkildə aidiyyəti üzrə platformaya müraciət edilib. Təqdim edilən texniki tapıntı resurs sahibi tərəfindən yüksək qiymətləndirilib və qısa müddətdə müvafiq təhlükəsizlik yenilənməsi həyata keçirilərək boşluq aradan qaldırılıb.
ETX əməkdaşının aşkarladığı təhlükəsizlik boşluğu və onun aradan qaldırılması ilə bağlı məlumatlar artıq bir sıra beynəlxalq resurslarda işıqlandırılıb və bu fakt azərbaycanlı kibertəhlükəsizlik mütəxəssislərinin qlobal kibertəhlükəsizlik ekosistemində peşəkar bacarıqlarının göstəricisi kimi dəyərləndirilib.
Qeyd edək ki, MISP kibertəhlükələrə dair məlumatların paylaşılması, saxlanılması və təhlili üçün beynəlxalq səviyyədə geniş istifadə olunan açıq mənbəli platformadır. Sistemdən müxtəlif ölkələrin dövlət qurumları, CERT komandaları və kibertəhlükəsizlik üzrə mütəxəssislər istifadə edirlər.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












