ETX: "Media qurumlarına ən çox fişinq hücumları olur" - FOTO

"Son zamanlar ölkədə media subyektləri bəzi kiberhücumlara məruz qalıblar".
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda keçirilən təlimdə Elektron Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizliyin idarəedilməsi sektorunun aparıcı məsləhətçisi Sənan Vəlizadə deyib.

O bildirib ki, media qurumlarının məruz qaldığı hücumlar içində ilk yerdə fişinq dayanır:
"Fişinq hücumlarının 80-90%-i "initial access" (ilkin giriş - red.) dediyimiz hücumlardır. İnsan faktoru və ani bir diqqətsizlik böyük bir media orqanının infrastrukturunun sıradan çıxmasına gətirir.
Növbəti mərhələdə sosial media hesablarının ələ keçirilməsi gəlir. Biz bu hal ilə də çox rastlaşmışıq. Bir çox media subyektinin sosial media hesabları ələ keçirilir və orada yanlış xəbərlər yayılır.
Sonrakı sırada DDoS hücumları gəlir. Bu daha çox, xidmətin dayandırılması hücumudur. Burada qəsdli şəkildə həmin subyektin fəaliyyətinin dayandırılması hədəflənir.
Həmçinin məlumat sızmaları mərhələsi də var ki, bəzi media qurumlarında təhlükəsizlik tədbirlərinə riayət edilmədiyinə görə məlumatlar əvvəlcədən sızdırılır".
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












