ETX məktəblilər üçün təlim keçirdi - FOTOLAR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məktəblilərin kibertəhlükəsizlik sahəsində biliklərinin artırılması, onların kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsiz davranış prinsipləri barədə maarifləndirilməsini davam etdirir.
ETX-dən Avtosfer.az-a verilən məlumata görə, təkcə cari ilin mart ayı ərzində “Ankara Məktəbi” məktəb-lisey, 263 və 164 nömrəli tam orta məktəblər, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi, eləcə də Dünya Məktəbində təşkil olunan maarifləndirmə tədbirlərində 300-ə yaxın şagird iştirak edib.
Elm və Təhsil Nazirliyi, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən görüşlərdə ETX əməkdaşları “Kiberbullinqlə mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi” və “Sosial mediadan təhlükəsiz istifadə” mövzularında təqdimatlarla çıxış ediblər. Tədbirlərdə şagirdlərə real nümunələr əsasında kibertəhlükələrdən qorunma üsulları izah olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bu cür maarifləndirmə tədbirləri məktəblilərin rəqəmsal savadlılığının artırılması və təhlükəsiz internet mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan ETX tərəfindən belə tədbirlərin növbəti dövrlərdə də davam etdirilməsi nəzərdə tutulur.
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO












