ETX vətəndaşlara müraciət etdi - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) müşahidələrinə əsasən, son günlər teatr tamaşaları, konsertlər və sərgilərə onlayn bilet satışı adı altında kiberdələduzluq halları artmaqdadır.
Xidmətdən Avtosfer.az-a verilən məlumata görə, dələduzlar öz məqsədlərini “theatre-stage.live” kimi saxta veb-səhifələr üzərindən həyata keçirirlər. Məhz bu keçid vasitəsilə endirimli və ya məhdud sayda bilet təklifi adı ilə vətəndaşları təcili hərəkət etməyə sövq edirlər. Bu üsulla onların bank kartı və digər fərdi məlumatlarını əldə etməyə çalışırlar.
ETX vətəndaşlara müraciət edərək tövsiyə edir ki, tanımadıqları mənbələrdən göndərilən mesajların tərkibindəki şübhəli keçidlərə daxil olmasınlar, bank kartı və digər fərdi məlumatlarını heç bir halda paylaşmasınlar, məhsul və xidmətləri yalnız rəsmi satış platformalarından əldə etsinlər. Eyni zamanda şübhəli bildirişlərin doğruluğunu mütləq rəsmi mənbələrlə dəqiqləşdirsinlər.




Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












