ETX yeni layihəyə start verib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) fərdi məlumatların mühafizəsi sahəsində maarifləndirmə və metodiki dəstək layihəsinə başlayıb.
Avtosfer.az xəbər verir ki, layihə çərçivəsində ilk təlim telekommunikasiya sektorunda fəaliyyət göstərən operator və provayderlərin nümayəndələri üçün keçirilib. 110-dan çox operator və provayder nümayəndələrinin iştirak etdiyi təlimin əsas məqsədi telekommunikasiya sahəsində fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı qanunvericilik tələblərinin izah edilməsi, habelə bu sahədə mövcud öhdəliklərin icrası üzrə metodiki dəstəyin göstərilməsidir.
İştirakçılara “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn əsas tələblər, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatı, fərdi məlumatların təhlükəsizliyinin təmini üzrə texniki və təşkilati tədbirlər, eləcə də informasiya sistemlərində fərdi məlumatların qanuni və təhlükəsiz işlənilməsi ilə bağlı praktiki məsələlər barədə məlumat verilib.
Bildirilib ki, dövlət qeydiyyatı tələb olunan informasiya sistemlərini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılması və işlənilməsi qanun pozuntusu hesab edilir. Həmçinin fərdi məlumatların mühafizəsi üzrə müəyyənləşdirilmiş təhlükəsizlik tələblərinə əməl edilməməsi inzibati məsuliyyət yaradır və bu hallarla bağlı ETX qanunvericiliyə uyğun tədbirlər görəcək.
Eyni zamanda vurğulanıb ki, telekommunikasiya fərdi məlumatların mühafizəsi baxımından yüksək riskli sahələrdəndir. Bu sahədə təhlükəsizliyin təmini ölkənin internet məkanının təhlükəsizliyinin qorunması, telekommunikasiya xidmətlərinin dayanıqlığının gücləndirilməsi və istifadəçilərin rəqəmsal xidmətlərə etimadının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
ETX strateji sənədlərdə müəyyən olunmuş tapşırıqların icrası çərçivəsində fərdi məlumatların mühafizəsinin gücləndirilməsi məqsədilə digər həssas sektorlar üzrə də maarifləndirmə və metodiki dəstək tədbirlərini davam etdirməyi nəzərdə tutur.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












