Ev dustaqlığına buraxılan tiktokerlərə niyə elektron qolbaq tətbiq edilməyib?

Ötən ilin sonundan etibarən sosial şəbəkələrdə əxlaqsızlıq və narkotik vasitələrin təbliğində təqsirləndirilən bəzi tiktokerlər saxlanılıblar və barələrində cinayət işləri başlanılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, həmin tiktokerlərdən bəzisi barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılaraq həbsdə saxlanılsa da, bəzisi ev dustaqlığına buraxılıb.
Tiktokerlərdən Nurdan Yusifova, Duanna Quliyeva, Günay Əliyeva və Fatimə Şeydəbəyova Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilsələr də, hazırda ev dustaqlığındadırlar.
Məlumata görə, həmin şəxslər istintaq dövründə polis nəzarətində olmalarına baxmayaraq, onlara elektron qolbaq nəzarət mexanizmi tətbiq edilməyib.
Təqsirləndirilən şəxslərə hansı halda elektron qolbaq tətbiq edilir və bu hansı amillə əsaslandırılır?
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil Vüqar Babayev bildirib ki, istintaq dövründə ev dustaqlığına buraxılan təqsirləndirilən şəxsə elektron nəzarət vasitəsi tətbiq edilməlidir:
"Cinayət Prosessual Məcəllənin 163-cü maddəsinə görə, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:
163.3.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 163.3.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 163.3.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 163.3.4. məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək.
Məcəlləyə əsasən, ev dustaqlığına buraxılan şəxsə elektron nəzarət vasitəsi tətbiq edilməli və həmin cihaz vasitəsilə onun yaşayış yeri və hərəkət trayektoriyası nəzarətdə saxlanılmalıdır. İstintaq dövründə ev dustaqlığına buraxılmış həmin tiktokerlərə də bu nəzarət vasitəsi tətbiq edilməlidir".
Həmin tiktokerlərin barəsində ev dustaqlığı qərarları çıxarılan Binəqədi Rayon Məhkəməsindən isə bildirilib ki, adətən istintaq dövründə ev dustaqlığına buraxılan təqsirləndirilən şəxsə elektron nəzarət vasitəsi tətbiq edilmir:
"İstintaq dövründə təqsirləndirilən şəxs ev dustaqlığına buraxılırsa, o, yaşadığı ərazi üzrə polis nəzarətinə verilir və istintaq dövründə həmin şəxs nəzarətdə saxlanılır. İstintaq başa çatandan sonra təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması qərarı verilərsə, bundan sonra həmin şəxsə elektron nəzarət vasitəsi tətbiq edilir və cəza müddəti başa çatana qədər həmin vasitə məhkumun üzərində saxlanılır".
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir










