Ev və mağazalardan silsilə oğurluqlar edən şəxs saxlanıldı

Paytaxtın Nəsimi rayonunda silsilə oğurluq hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, naməlum şəxs müxtəlif vaxtlarda zərərçəkənlərdən birinin evinin açıq qalmış qapısından içəri daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyasını, iki vətəndaşın isə mağazanın saxlanc yerinə qoyduqları çantalarından ümumilikdə 2314 manat nağd pul, 1780 manat dəyərində mobil telefon, bank kartları və sənədləri talayıb.
Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən N.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun başqa bir vətəndaşı “zəng etmək” bəhanəsi ilə aldadıb mobil telefonunu ələ keçirdiyi də məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












