Ev və obyektlərə görə 14,8 milyon manat ƏDV geri qaytarıldı

Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə davam etdirilir.
Dövlət Vergi Xidmətindən Avtosfer.az bildirilib ki, bununla bağlı cari ilin 6 ayı ərzində ümumilikdə 2665 müraciət daxil olub, onlardan 1768-i üzrə 14,8 milyon manat vəsait vətəndaşlara ödənilib, 868 müraciətə isə müvafiq qaydaların tələblərinə əsasən baxılmaqdan imtina edilib.
Müraciətlərin araşdırılması zamanı imtinaya səbəb olan bir sıra hallar müşahidə olunur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) belə halları bir daha vətəndaşların diqqətinə çatdırır. Beləliklə, imtinaya səbəb olan əsas məqamlar aşağıdakılardır:
- son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması;
- ödənişin təyinatında e-qaimənin məlumatlarının əks edilməməsi;
- ödənişin tam və ya bir hissəsi başqa şəxslər tərəfindən həyata keçirildiyi halda ödəniş tarixinə nümayəndənin səlahiyyətini notarial qaydada təsdiq edən etibarnamənin olmaması;
- ödəniş zamanı ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsi.
Vətəndaşlar nəzərə almalıdırlar ki, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənilməlidir.
DVX mənzil tikintisi ilə məşğul olan şəxslərə müvafiq məlumat formalarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim olunmasını tövsiyə edir.
Qeyd olunub ki, ƏDV-nin bir hissəsinin qaytarılması dövlət ipoteka krediti vasitəsilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə mənzillərə də şamil edilir.
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB










