Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq

Bakıda keçmiş məmurun kürəkəni olmuş Rahib Hüseynov vətəndaşlara qarşı külli miqdarda dələduzluq edib.
Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs Rahib Hüseynov müxtəlif bəhanələrlə vətəndaşların etibarından sui-istifadə edərək onlardan ümumilikdə 317 min manatı alaraq ələ keçirməkdə ittiham olunub.
O, bəzilərinə ev və maşın alıb satmaq, bəzi zərərçəkmişlərə isə dəmir yolu xətlərinin çəkilməsi ilə bağlı materialların Azərbaycana gətirilərək satışına şəriklik təklif edib. Bu adla 10 nəfərin ümumilikdə 317 min manatını ələ keçirməklə dələduzluq etməkdə günahlandırılır. Vətəndaşların şikayətindən sonra polis əməkdaşlarının keçirdikləri tədbirlərlə R.Hüseynov saxlanılıb.
Məlumata görə, şikayət əsasında R.Hüseynov bir müddət istintaqdan gizlənə bilib. Şikayətçilərin bəziləri məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Bundan sonra polis əməkdaşları xüsusi əməliyyat keçirib və R.Hüseynov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurulmaqla dələduzluq) maddəsilə cinayət işi başlanılıb və barəsində məhkəmə hökmü ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, R.Hüseynov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq sədr müavini Əvəz Qocayevin kürəkəni olub. R.Həsənov həbs ediləndən sonra Ə.Qocayevin qızı ondan rəsmi qaydada boşanıb.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












