Evinin açarını su sayğacında gizlətdi, onu tapan oğrular isə mənzili taladı

Paytaxtın Nizami rayonunda evlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciətində mənzilindən naməlum şəraitdə qızıl-zinət əşyalarının və mobil telefonunun talanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 53 yaşlı X.Cəlilov və 36 yaşlı C.Səfərov müəyyən edilərək saxlanılıblar.
Avtosfer.az-ın məlumatına görə, araşdırmalarla məlum olub ki, ev sahibi azyaşlı övladı ilə gəzməyə gedərkən digər övladının evə daxil ola bilməsi üçün mənzilin açarını su sayğacının üzərinə qoyub.
Saxlanılan şəxslər isə binaya daxil olaraq sayğacları bir-bir yoxlayıb, açarın orada olduğunu aşkar etdikdən sonra mənzilə girərək oğurluq ediblər.
Yasamal rayonunda isə 600 manat dəyərində olan iki velosipedi talayaraq 50 manata satan, əvvəllər məhkum olunmuş 27 yaşlı M.Mahmudov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












